• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Premyer Liqası I TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

19 Avqust, 25 / 22:48
A A
Azərbaycan Premyer Liqası I TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb. İlk turda iki görüşdə qalib müəyyənləşdiyi halda, üç görüşdə tərəflər sülhə razı olub. Bir görüş isə təxirə salınıb.

Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna Cümə günü start verilib. Mövsümün açılış günüdə bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşmasında Yevlaxın “Karvan-Yevlax” klubu “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Qəbələ”-1:1. Oyunun 64-cü dəqiqəsində “Qəbələ” Domi Massumoqolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Qəbələ”-1:0. Oyunun 78-ci dəqiqəsində “Karvan-Yevlax” “Qəbələ”nin heyətindən Murad Musayevin avtoqolu ilə hesabı bərabərləşdirib-“Karvan-Yevlax”-“Qəbələ”-1:1. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olublar-“Karvan-Yevlax”-“Qəbələ”-1:1

Şənbə günü iki qarşılaşma baş tutub.

Günün açılış oyununda “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bittib-“İmişli”-“Turan Tovuz”-0:0.Oyunun 90+9 dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“İmişli”-“Turan Tovuz”-0:1. Bu görüşdə vurulan son qol olub və “Turan Tovuz” matçdan 0:1 qalib ayrılaq mövsümə 0:1 qalib başlayıb.

Günün qarşılaşmasında “Neftçi” “Neftçi Arena”da “Şamaxı”nı qəbul edib. Artıq oyunun 23-cü dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə hesabı açıb-“Neftçi”-“Şamaxı”-0:1. Oyunun 45+2-ci dəqiqəsində Emin Mahmudov penaltidən “Neftçi”nin bərabərlik topuna imza atıb-“Neftçi”-“Şamaxı”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqənməsi ilə başa çatıb-“Neftçi”-“Şamaxı”-1:1. İkinci hissəsdə heç bir qol olmayıb və ilk hissəsnin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir dəfə fərqəndiyi oyunda bir xala qane olublar-“Neftçi”-“Şamaxı”-1:1.

Bazar günü bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.Artıq oyunun 14-cü dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb- “Sumqayıt”-“Kəpəz”-1:0. Oyunun 26-cı dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“Sumqayıt”-“Kəpəz”-2:0. Oyunun 37-ci dəqiqəsində Aleksa Yankoviç “Sumqayıt”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Kəpəz”-3:0. İlk hissə “Sumqayıt”ın 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Sumqayıt”-“Kəpəz”-3:0. Beləcə “Sumqayıt” mövsümdə ilk üç xalını üç cavabsız qolla qazanıb-“Sumqayıt”-“Kəpəz”-3:0.

Bu gün bir qarşılaşma baş tutub.

Günün yeganə və turun sonuncu qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 45+1-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Araz-Naxçıvan”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb.Oyunun 65-ci dəqiqəsində Bəxtiyar Həsənalızadə “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Zirə”-“Araz-Naxçıvan”-1:1. Bu görüşdə sonuncu qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Zirə”-“Araz-Naxçıvan”-1:1

Xatırladaq ki, “Bank Respublika Arena”da baş tutacaq “Sabah”-“Qarabağ” oyunu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar təxirə salınıb.

NƏTİCƏLƏR:
“KARVAN-YEVLAX”-“QƏBƏLƏ”-1:1
“İMİŞLİ”-“TURAN TOVUZ”-0:1
“NEFTÇİ”-“ŞAMAXI”-1:1
“SABAH”-“QARABAĞ”(Təxirə salınıb)
“SUMQAYIT”-“KƏPƏZ”-3:0
“ZİRƏ”-“ARAZ-NAXÇIVAN”-1:1

TURNİR CƏDVƏLİ:

BOMBARDİRLƏR:
1.Karim Rossi-“Şamaxı”(İsveçrə)-1qol
2.Emin Mahmudov-“Neftçi”(Azərbaycan)-1qol
3.Aleksandr Ramalinqom-“Sumqayıt”(Fransa)-1qol
4.Aleksa Yankoviç-“Sumqayıt”(Sebiya)-1qol
5-Domi Massumo-“Qəbələ”(Konqo Demokratik Respublikası)-1qol
6-Roberto Olabe-“Turan Tovuz”(İspaniya)-1qol
7-İssa Cibrila-“Zirə”(Niger)-1qol
8-Bəxtiyar Həsənalızadə-“Araz-Naxçıvan(Azərbaycan)-1qol

Previous Post

"Qarabağ"ımız "Ferensvaroş"un qonağıdır-START HEYƏTLƏR

Next Post

Günün qoroskopu: Sezgiləriniz sizə doğru yolu göstərir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.