Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vuruldu. Tur maraqlı nəticələrlə yadda qalıb. “Neftçi”nin xal itirdiyi turda “Qarabağ” Premyer Liqada mövsümə məğlubiyyətlə başlayıb. “Karvan-Yevlax”ın mövsümdə ilk qələbəsini qazandığı turda “Sabah” , “Araz-Naxçıvan” və “Zirə” də ilk qələbəsini qazanıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının II turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“İmişli”-“Neftçi”-0:0. Oyunun ikinci hissəsi də qolsuz bərabərliklə bitib. Beləcə görüş başladığı hesabla bitib-“İmişli”-Neftçi”-0:0.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“Sumqayıt”-0:0. Oyunun 72-ci dəqiqəsində “Sumqayıt” Ronaldo Vaskezin qolu ilə hesabı açıb- “Qarabağ”-“Sumqayıt”-0:1.Bu matçda vurulan son qol oldu və son “Qarabağ” mövsümümə məğlubiyyətlə başladı, “kimyaçılar” isə ardıcıl ikinci qələbələrini qazandılar.
Şənbə günü isə bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Qəbələ Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz” Yexlaxın “Karvan-Yevax” klubunu qəbul edib. Oyunun 38-ci dəqiqəsində “Karvan-Yevlax” Coy Sleyd Mikelsin penaltidən qolu ilə hesabı açıb-“Kəpəz”-“Karvan-Yevlax”-0:1. İlk hissə qonaqların 0:1 üstünüyü ilə başa çatıb-“Kəpəz”-“Karvan-Yevlax”-0:1. Oyunun 52-ci dəqiqəsində Tompson Qavi “Karvan-Yevlax”ın ikinci topuna imza atıb-“Kəpəz”-“Karvan-Yevlax”-0:2.Oyunun 77-ci dəqiqəsində “Kəpəz” Məqsəd İsayevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Kəpəz”-“Karvan-Yevlax”-1:2. Oyunun 89-cu dəqiqəsində Kayl Spens “Karvan-Yevlax”ın üçüncü topuna imza atıb-“Kəpəz”-“Karvan-Yevlax”-1:3. Oyunun 90+5-ci dəqiqəsində Viktor Vajeo penatidən “Kəpəz”in ikinci topuna imza atıb- “Kəpəz”- “Karvan-Yevlax”-2:3. Bu görüşdə vurulan son qolub bununlada “Kəpəz” ardıcıl ikinci məğlubiyyətini əldə edən zaman, Yevlax təmsilçisi ilk qəbələsini qazanıb.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamax Şəhər Stadionu”nda “Sabah”ı qəbul edib. Artıq oyunun 1-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Şamaxı”-“Sabah”-0:1.İlk hissə “Sabah”ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb.Oyunun 59-cu dəqiqəsində Dioqo Balau “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamax”-“Sabah”-1:1.Oyunun 76-cı dəqiqəsində Coy Lens Mikels dubl edərək özünün və “Sabah”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Şamaxı”-“Sabah”-1:2. Bu oyundason qol oldu və “Sabah” bu oyundan 1:2 qalib ayrılaraq bu mövsüm Premyer Liqada ilk qələbəsini qazandı-“Şamaxı”-“Sabah”-1:2.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Araz-Naxçıvan” Şarl Bolinin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Araz-Naxçıvan”-0:1. Görüşün ilk hissəi “Araz-Naxçıvan”ın 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 52-ci dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Turan Tovuz”-“Araz-Naxçıvan”-0:2.Oyunun 77-ci dəqiqəsində “Turan Tovuz” Alexandro Serranonun penaltidən qolu ilə hesab arasındakı fərqi azaldıb-“Turan Tovuz”-“Araz-Naxçıvan”-1:2.
Bu gün bir qarşılaşma baş tutub.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Zirə”ni qəbul edir.Artıq oyunun 16-cı dəqiqəsində “Qəbələ” Nicat Əliyevin qolu ilə hesabı açıb-“Qəbələ”-“Zirə”-1:0. Oyunun 31-ci dəqiqəsində Ceyhun Nuriyev “Zirə”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“Zirə”-1:1. Oyunun 45+3-cü dəqiqəsində Ceyhun Nuriyev dubla imza ataraq özünün və “Zirə”nin ikinci topuna imza ataraq komandası hesabda önə keçirib-“Qəbələ”-“Zirə”-1:2. İlk hissə “Zirə”nin 1:2 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qəbələ”-“Zirə”-1:2. Bununla da “Zirə” mövsümdə ilk qələbəsini qazanıb.
NƏTİCƏLƏR:
“İMİŞLİ”-“NEFTÇİ”-0:0
“QARABAĞ”-“SUMQAYIT”-0:1
“KƏPƏZ”-“KARVAN-YEVLAX”-2:3
“ŞAMAXI”-“SABAH”-1:2
“TURAN TOVUZ”-“ARAZ-NAXÇIVAN”-1:2
“QƏBƏLƏ”-“ZİRƏ”-1:2
TURNİR CƏDVƏLİ:

