Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb. “Neftçi”nin məğlub olduğu turda “Araz-Naxçıvan” da qələbəyə sevinib. “Sumqayıt”ın qələbə seriyasının qırıldığı turda “Qarabağ” və “İmişli” bu mövsüm ilk qələbələrini qazanıb. “Zirə” isə rəqibini darmadağın edib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında III tura Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk qarşlaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sumqayıt”-“Şamaxı”-0:0.Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın heyətindən Rikardo Apolinarionun avtoqulu ilə “Sumqayıt” hesabı açıb-“Sumqayıt”-“Şamaxı”-0:1.Oyunun 75-ci dəqiqəsində Edqard Adilxanov “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Şamaxı”-1:1. Bu görüşdə sonuncu qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Sumqayıt”-“Şamaxı”-1:1
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 6-cı dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“Neftçi”-“Turan Tovuz”-0:1. Görüşün ilk hissəsi “Turan Tovuz”un 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində “Neftçi” azlqıda qaldı. Komandanın heyətində İqor Riberya qırmızı vərəqə alaraq meydandan qovuldu-“Neftçi”-“Turan Tovuz”-0:1. Bu matçda yadda qalan son hadisə oldu və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu- “Neftçi”-“Turan Tovuz”-0:1.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Zirə” Qismət Alıyevin qolu ilə hesabı açıb-“Zirə”-“Kəpəz”-1:0. Oyunun 32-ci dəqiqəsində İssa Cibrilla “Zirə”nin ikinci topuna imza atıb-“Zirə”-“Kəpəz”-2:0.Oyunun 41-ci dəqiqəsində Martins Junior “Zirə”nin üçüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-3:0. İlk hissə “Zirə”nin 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun 77-ci dəqiqəsində Yeqor Boqomolski “Zirə”nin dördüncü topuna imza atıb-“Zirə”-“Kəpəz”-4:0.Oyunun 83-cü dəqiqəsində David Volkov “Zirə”nin beşinci topuna imza atdı-“Zirə”-“Kəpəz”-5:0. Bu oyunda vurulan son qol oldu və “Zirə” “Kəpəz”i 5:0 məğlub edib.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Qəbələ”ni qəbul edib. Artıq oyunun 9-cu dəqiqəsində “Qəbələ” Adriel Ba Louanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Qəbələ”-0:1. Oyunun 30-cu dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Qəbələ”-1:1. Oyunun 33-cü dəqiqəsində Felipe Santos “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Araz-Naxçıvan”-“Qəbələ”-2:1. İlk hissə “Araz-Naxçıvan” 2:1 qələbəsi ilə başa çatdı. Oyunun ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi matçın nətəcisi oldu-“Araz-Naxçıvan”-“Qəbələ”-2:1.
Bu gün iki qarşılaşma baş tutub.
İlk olaraq “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda Ağdamın “Qarabağ” klubunu qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Qarabağ” “Karvan-Yevlax”ın heyətindən Elvin Yuniszadənin avtoqolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Qarabağ”-0:1. İlk hissə “köhlən atlar”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 72-ci dəqiqəsində Emmanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Qarabağ”-0:2. Beləcə hər hissəyə bir qol vuran “Qarabağ” bu mövsüm Premyer Liqada ilk qələbəsini qazanıb-“Karvan-Yevlax”-“Qarabağ”-0:2.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sabah”-“İmişli”-0:0.Oyunun 67-ci dəqiqəsində “İmişli” Abbas Ağazadənin qolu ilə hesabı açıb-“Sabah”-“İmişli”-0:1. Bu oyunda vurulan son qol olub və İmişli matçdan 0:1 qalib ayrılaraq mövsümdə ilk qələbəsini qazanıb-“Sabah”-“İmişli”-0:1
NƏTİCƏLƏR:
“SUMQAYIT”-“ŞAMAXI”-1:1
“NEFTÇİ”-“TURAN TOVUZ”-0:1
“ZİRƏ”-“KƏPƏZ”-5:0
“ARAZ-NAXÇIVAN”-“QƏBƏLƏ”-2:1
“KARVAN-YEVLAX”-“QARABAĞ”-0:2
“SABAH”-“İMİŞLİ”-0:1
TURNİR CƏDVƏLİ:

