Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb. “İmişli”nin iddialı olduğunu göstərən turda “Qarabağ” növbəti üç xalını qazanıb. “Şamaxı”nın xal qazandığı turda “Neftçi” 2 xal itirib. “Kəpəz”in ardıcıl altıncı məğlubiyyətini aldığı turda Masazırda qalib müyyənləşməyib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasına Cümə günü start verilib. Cümə günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində “İmişli” Dioqo Rollonun qolu ilə hesabı açıb-“İmişli”-“Zirə”-1:0. İlk hissə “İmişli”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 80-ci dəqiqəsində David Volkov “Zirə”nin bərabərlik topuna imza atıb-“İmişli”-“Zirə”-1:1.Bu görüşdə vurulan yeganə qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“İmişli”-“Zirə”-1:1.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Qəbələ”ni qəbul edib. Artıq oyunun 1-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində Prins Ovusu qırmızı vərəqə alaraq meydandan qovulub-“Qarabağ”-“Qəbələ”-0:0. Oyunun 16-cı dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“Qəbələ”-1:0. İlk hissə “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+3-cü dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Qəbələ”-2:0. Bu oyunda sonuncu qol olub hər hissəyə bir qol vuran “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Şamaxı” Rüfət Abbasovun qolu ilə hesabı açıb-“Şamaxı”-“Araz-Naxçıvan”-1:0. İlk hissə “Şamaxı”nın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 73-cü dəqiqəsində Şarl Bol “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Araz-Naxçıvan”-1:1. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olublar-“Şamaxı”-“Araz-Naxçıvan”-1:1.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Neftçi” “Palms Sport Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Oyunn ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Neftçi”-“Karvan-Yevlax”-0:0. Oyunun ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“Neftçi”-“Karvan-Yevlax”-0:0.
Bu gün iki qarşılaşma baş tutub.
İlk olaraq Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 33-cü dəqiqəsində “Turan Tovuz” Aleks Souzanın qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Kəpəz”-1:0. Oyunun 33-cü dəqiqəsində Joarlem Santos “Turan Tovuz”un ikinci topuna imza atıb-“Turan Tovuz”-“Kəpəz”-2:0. İlk hissə “Turan Tovuz”un 2:0 xeyrinə başa çatıb. Oyunun 46-cı dəqiqəsində Filip Ozobiç “Turan Tovuz”un üçüncü topuna imza atıb-“Turan Tovuz”-“Kəpəz”-3:0.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 26-cı dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Sabah”-“Sumqayıt”-1:0. Oyunun 35-ci dəqiqəsində Rüstəm Əhmədzadə “Sumqayıt”ın bərabərlik topuna imza atıb-“Sabah”-“Sumqayıt”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Sabah”-“Sumqayıt”-1:1. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir dəfə fərlqənməklə bir xala qane olub-“Sabah”-“Sumqayıt”
NƏTİCƏLƏR:
“İMİŞLİ”-“ZİRƏ”-1:1
“QARABAĞ”-“QƏBƏLƏ”-2:0
“ŞAMAXI”-“ARAZ-NAXÇIVAN”-1:1
“NEFTÇİ”-“KARVAN-YEVLAX”-0:0
“TURAN TOVUZ”-“KƏPƏZ”-3:0
“SABAH”-“SUMQAYIT”-1:1
TURNİR CƏDVƏLİ:

