Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.”Araz-Naxçıvan”, “Qarabağ” “Turan Tovuz” “Sabah” və “Şamaxı”nın qələbə qazandığı turda “Neftçi” qələbəni son anda əldən verib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutmuşdu.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “İmişli”ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“İmişli”-1:0. İlk hissə “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 90+5-ci dəqiqəsində Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Araz-Naxçıvan”-“İmişli”-2:0.Bu oyunda vurulan son qol oldu və hər hissəyə bir qol vuran “Araz-Naxçıvan” matçdan 2:0 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Zirə”-“Neftçi”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 66-cı dəqiqəsində Freddi Varqas “Neftçi”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-1:1.Oyuxun 87-ci dəqiqəsində Bassala Sambu “Neftçi”nin iknci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Zirə”-“Neftçi”-1:2.Oyunun 90+8-ci dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atıb-“Zirə”-“Neftçi”-2:2.Oyunun 90+10-cu dəqiqəsində “Zirə” azlıqda qalıb. Komandanın heyətində Ayron Qomis ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Zirə”-“Neftçi”-2:2. Bu oyunda vuruan son qol oldu və tərəflər hərəyə iki dəfə fərqlənməkə bir xala qane oldular-“Zirə”-“Neftçi”-2:2.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Qarabağ” Sami Mmaenin qolu ilə hesabı açıb-“Qarabağ”-“Kəpəz”-1:0. İlk hissə “Qarabağ”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Kəpəz”-1:0.
Günün ikinci qarşılaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 35-ci dəqiqəsində “Turan Tovuz” Joarlem Santosun qolu ilə hesabı açdı-“Sumqayıt”-“Turan Tovuz”-0:1. İlk hissə qonaqların 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 59-cu dəqiqəsində Aleks Souza “Turan Tovuz”un ikinci topuna imza atıb-“Sumqayıt”-Turan Tovuz”-0:2. Oyunun 90+3-cü dəqiqəsində Ayxan Hüseynov “Turan Tovuz”un üçüncü topuna imza atıb-“Sumqayıt”-“Turan Tovuz”-0:3. Bu oyunda vurulan son qol olub və “Turan Tovuz” Sumqayıt səfərində üç xalı üç cavabsız qolla qazanıb-“Sumqayıt”-“Turan Tovuz”-0:3.
Bu gün iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edib. Artıq oyunun 31-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin penaltidən qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Sabah”-0:1.Oyunun 37-ci dəqiqəsində Kahim Parris “Sabah”ın ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Sabah”-0:2. Görüşün ilk hissəsi “Sabah”ın 0:2 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi sayılıb-“Karvan-Yevlax”-“Sabah”-0:2.
ünün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Artıq oyunun 8-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinario penaltidən qolu ilə hesabı açıb-“Qəbələ”-“Şamaxı”-0:1. İlk hissə “Şamaxı”nın 0:1 hesablı üstünlüyü ilə bitib. Oyunun ikinci hissəsində qol olmayıb və “Şamaxı” oyundan 0:1 qalib ayrılıb.
NƏTİCƏLƏR:
“ARAZ-NAXÇIVAN”-“İMİŞLİ”-2:0
“ZİRƏ”-“NEFTÇİ”-2:2
“QARABAĞ”-“KƏPƏZ”-1:0
“SUMQAYIT”-“TURAN TOVUZ”-0:3
“KARVAN-YEVLAX”-“SABAH”-0:2
“QƏBƏLƏ”-“ŞAMAXI”-0:1
TURNİR CƏDVƏLİ:

