Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb. “Qarabağ”, “Zirə”, “Turan Tovuz”, “Sabah” və “Sumqayıt”ın qələbə qazandığı turda “Neftçi” rəqibini darmadağın edib
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna Cümə günü start verilib. PFL açılış günündə bir qarşılaşma təyin etmişdi.
Turun açılış oyununda “Qarabağ” “Azərsun Arena”da “İmişli”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“İmişli”-0:0.Oyunun 52-ci dəqiqəsində “Qarabağ” Abdullah Zubirin qolu ilə hesabı açıb-“Qarabağ”-“İmişli”-1:0. Oyunun 82-ci dəqiqəsində Emanuel Addai “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“İmişli”-2:0. Bu oyunda vurulan sonuncu qol olub və “Qarabağ” matçdan 2:0 qalib ayrılıb.
Şənbə günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Səhər Stadionu”nda “Zirə”ni qəbul edib. artıq “Karvan-Yevlax” oyunun 29-cu dəqiqəsində İmani Barkerin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Zirə”-1:0. İlk hissə “Karvan-Yevlax”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində Brahim Konate “Zirə”nin bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Zirə”-1:1.Oyunun 62-ci dəqiqəsində Kayl Spens “Karvan-Yevlax”ın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:1. Oyunun 74-cü dəqiqəsində Leroy Mikels “Zirə”nin ikinci topuna imza ataraq hesabı yenidən bərabərləşdirib-“Karvan-Yevlax”-“Zirə”-2:2. Oyunun 87-ci dəqiqəsində Ayron Qomis “Zirə”nin üçüncü topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Zirə”-2:3. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 2:3 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sport Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 19-cu dəqiqəsində “Neftçi” Emin Mahmudovun penaltidən qolu ilə hesabı açıb-“Neftçi”-“Kəpəz”-1:0. Oyunun 23-cü dəqiqəsində Vensan Abubakar “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“Kəpəz”-2:0. İlk hissə “Neftçi”nin 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 74-cü dəqiqəsində Bassala Sambu “Neftçi”nin üçüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-3:0. Oyunun 77-ci dəqiqəsində “Kəpəz” Sadiq Şəfiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Neftçi”-“Kəpəz”-3:1. Oyunun 86-cı dəqiqəsində Bassala Sambu dubl edərək özünün ikinci “Neftçi”nin dördüncü topuna imza atıb-“Neftçi”-“Kəpəz”-4:1. Oyunun 90+1-ci dəqiqəsində Freddi Varqas “Neftçi”nin beşinci topuna imza atdı-“Neftçi”-“Kəpəz”-5:1. Bu oyunda vurulan son qol olub və “Neftçi” ən qədim Azərbaycan derbisində rəqibini 5:1 darmadağın edib.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionun”da “Şamaxı”nı qəbul edib. Artıq oyunun 45-ci dəqiqəsində “Şamaxı” Rikardo Apolinario penaltidən qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Şamaxı”-0:1.Oyunun 45+2-ci dəqiqəsində Roberto Olabe “Turan Tovuz”un bərabərlik topuna imza atdı-“Şamaxı”-“Turan Tovuz”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Şamaxı”-“Turan Tovuz”-1:1. Oyunun 49-cu dəqiqəsində Joarlem Santos “Turan Tovuz”un ikinci topuna imza ataraq komandasını hesabda irəli keçirib-“Şamaxı”-“Turan Tovuz”-1:2. Bu görüşdə vurulan sonuncu qol olub və “Turan Tovuz” doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.
Günün ikinci qarşılaşmasında “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Oyunun 17-ci dəqiqəsində “Sumqayıt” Roy Kehatın qolu ilə hesabı açıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:0. Oyunun 41-ci dəqiqəsində Şarl Boli ”Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:1. Oyunun 51-ci dəqiqəsində Patrik Andrade “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib–“Sumqayıt”-“Araz-Naxçıvan”-1:2.Oyunun 69-cu dəqiqəsində Ronaldo Vaskez “Sumqayıt”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Sumqayıt”-“Araz-Naxçıvan”-2:2. Oyunun dəqiqəsində 78-ci dəqiqəsində Roi Kehat dubl edərək özünün ikinci “Sumqayıt”ın üçüncü topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-“Sumqayıt”-Araz-Naxıvan”-3:2. Bu oyunda vurulan son qol olub və “Sumqayıt” matçdan 3:2 qalib ayrılıb.
Bu gün bir qarşılaşma baş tutub.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edib. Artıq oyunun 28-ci dəqiqəsində “Sabah” Stiv Solvetin qolu ilə hesabı açıb-“Sabah”-“Qəbələ”-1:0. İlk hissə “Sabah”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-“Sabah”-“Qəbələ”-1:0.
NƏTİCƏLƏR:
“QARABAĞ”-“İMİŞLİ”-2:0
“KARVAN-YEVLAX”-“ZİRƏ”-2:3
“NEFTÇİ”-“KƏPƏZ”-5:1
“TURAN TOVUZ”-“ŞAMAXI”-2:1
“SUMQAYIT”-“ARAZ-NAXÇIVAN”-3:2
“SABAH”-“QƏBƏLƏ”-1:0
TURNİR CƏDVƏLİ:

