• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Mədəniyyət

Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

09 Sentyabr, 25 / 0:23
A A
Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

Sentyabrın 8-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun nümayəndə heyətinin Vyetnamın Hanoy şəhərinə təşkil olunan işgüzar səfəri çərçivəsində Vyetnamın turizm üzrə aidiyyəti qurumlarının iştirakı ilə görüşlər keçirilib.

Səfərdə ATB və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Hanoy Ticarət və Turizm Kolleci ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm potensialı və turizm imkanlarının təqdim edildiyi tədbir baş tutub.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit və Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadənin iştirakı ilə keçirilən tədbirdə, həmçinin turizm sahəsi üzrə təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirdə Vyetnam Sosialist Respublikasındakı diplomatik nümayəndəliklərin təmsilçiləri, turizm sənayesi nümayəndələri, turizm agentlikləri və tələbələr iştirak ediblər.

Səfər çərçivəsində Vyetnam Milli Turizm Administrasiyası və “VietJet Air” aviaşirkətinin rəhbər heyəti ilə görüşlər keçirilərək, turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, 4-6 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) tərəfdaşlarla birgə Vyetnamda Ho Şi Min şəhərində keçirilən 19-cu Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) ölkənin turizm imkanlarını nümayiş etdirib.

Previous Post

Günün qoroskopu: Borc almaq və ya vermək üçün uyğun gün deyil

Next Post

Azərbaycan Avropa antidopinq sistemində gender bərabərliyinə öz töhfəsini verir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.