• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

09 Fevral, 26 / 15:55
A A
Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə genişlənməkdədir.

Aqrar sığorta mexanizmi vasitəsilə əkin sahələri ilə yanaşı, heyvandarlıq təsərrüfatları – südlük və ətlik mal-qara, həmçinin xırda buynuzlu heyvanlar da sığortalanır.

2025-ci ilin nəticələrinə əsasən, ölkədə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfədən çox artıb. Ötən il ölkə üzrə 6 935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə 3 276 heyvan sığortalanmışdı.

Dövlət dəstəkli aqrar sığorta mexanizmində sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə heyvanları sığorta etdirə bilirlər. Mövcud tariflərə əsasən, 1000 manatlıq iribuynuzlu mal-qaranın (inək, camış) sığortalanması fermerə 24-39 manata, 300 manatlıq xırdabuynuzlu heyvanların (qoyun, keçi) sığortalanması isə 7-10 manata başa gəlir.

2025-ci ildə heyvandarlıq sığortası üzrə toplanan sığorta haqları 2,5 dəfə artaraq 4,7 milyon manata yüksəlib. Bunun müqabilində heyvandarlıq təsərrüfatlarına verilən sığorta təminatı 46 milyon manatı keçib. Bu göstərici 2024-cü illə müqayisədə 2,3 dəfə çoxdur.

Aqrar Sığorta Fondu heyvanları çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəliklərdən, yemdən və otdan zəhərlənmədən, yanğından, ilan və həşərat sancmasından, vəhşi heyvanların hücumundan, təbii fəlakətlərdən, üçüncü şəxslərin hərəkətlərindən və sair hallardan sığorta edir. Bu hadisələr nəticəsində tələf olan heyvanlara görə sığorta ödənişləri həyata keçirilir.

2025-ci ildə müxtəlif hadisələr nəticəsində zərər görmüş fermer və təsərrüfatlara heyvandarlıq sığortası üzrə 394 min manat sığorta ödənişi həyata keçirilib.

Ötən il ən çox sığorta ödənişləri yoluxucu xəstəliklər, yemdən zəhərlənmə və vəhşi heyvanların hücumları üzrə edilib.

Aqrar sığortanın əhatə etdiyi məhsullar, heyvandarlıq sığortasının şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Heyvandarlıq məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

 

Previous Post

“Çox kasıb kababçı oğlana ərə getmişdim, qayınanam toydan sonra qızıllarımı ALDI"

Next Post

500, 300, 150 millimetrlik magistral xətlər yeniləndi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.