• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Mədəniyyət

Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

28 Noyabr, 25 / 19:02
A A
Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Müğənni Emil Bədəlovun uşaqları ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə çevrilib. Sənətçi bildirib ki, qızları ona “ata” demirlər.

Sitat: “Adımla çağırırlar. Deyirlər, “ata” deyəndə ətimiz tökülür”.

Maraqlıdır ki, əksəriyyət oxşar fikirlərlə çıxış edir, yəni hazırda uşaqların valideynlərini adları ilə çağırmaq tendensiyası yaranıb.

Bu, təhlükəlidir, yoxsa müasir dövrdə normal qəbul edilməlidir? “Ata”, “ana” sözlərinin zamanla az işlədilməsi hansı fəsadlara yol aça bilər?

Nəzər.Media xəbər verir ki, globalinfo.az-a danışan uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayeva deyib ki, uşaqların valideynlərini adla çağırması sadəcə bir trend deyil, ailə sistemində səssiz şəkildə yaranan çatın göstəricisidir:

“Sosial şəbəkələrdə “Ata demirik, adla çağırırıq” kimi fikirlər müasirlik kimi təqdim olunsa da, psixoloji baxımdan bu, heç də zərərsiz deyil. Söhbət yalnız müraciət formasından yox, uşağın psixikasında rol boşluğunun yaranmasından gedir. Övladın “ana” və “ata” deməkdə çətinlik çəkməsi emosional bağlılığın zəifləməsi, valideyn avtoritetinin sarsılması və ailə sərhədlərinin pozulması anlamına gələ bilər. Adla müraciət çox vaxt rol dəyişikliyinin siqnalıdır. Çünki psixologiyada “ana” və “ata” sözləri sadəcə ad deyil, təhlükəsizlik, dayaq, yönləndirmə və güvən simvoludur. Bunun zəifləməsi uşağın sərhəd hissini zədələyir, davranış pozuntusu riskini artırır, yeniyetməlik dövründə avtoritet problemi yaradır və valideyn sözünün təsirini azaldır”.

Psixoloq qeyd edib ki, bu prosesi normal kimi təqdim etmək risklidir:

“Əgər uşaq valideynini adla çağırırsa, ilk sual “Niyə?” olmalıdır. Səbəb emosional bağlılıq, istilik və güvən sahəsində çətinlikdirsə, problem daha ciddi qiymətləndirilməlidir. Lakin başqa amillərlə əlaqəlidirsə, yenə də araşdırma tələb olunur. Valideyn uşaq üçün sadəcə ad deyil, psixoloji identifikasiya sütunudur. Bu laxlayanda isə ailə sistemi çökür. Ona görə də hazırkı tendensiya ailə strukturu üçün real risk yaradır”.

Previous Post

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər təsdiqlənib

Next Post

“Komedixana”nın aktrisası: “Nə qədər haqqımıza girəcəksən?”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.