• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycanın 3 boksçusu III MDB Oyunlarına qələbə ilə başlayıb

29 Sentyabr, 25 / 22:16
A A
Azərbaycanın 3 boksçusu III MDB Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına start verilib. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirə millimizin 3 idmançısı qələbə ilə başlayıb.

Boksçumuz Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Fərəcova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Yığma üzvü növbəti görüşünü oktyabrın 2-də Ruxşonabonu Ahadovaya (Özbəkistan) qarşı keçirəcək.

Cəmilə Muradlı (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz startda Nigora Yusupovaya (Tacikistan) ilk raundda tam üstünlüklə qalib gəlib. Özü üçün azı bürünc medalı təmin edən Muradlı finala gedən yolda Adelayda Sadvakassova (Qazaxıstan) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 2-nə təsadüf edəcək.

63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Bahdan Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçumuz bu mərhələnin döyüşündə David Karababayevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 3-də olacaq.

Qeyd edək ki, MDB Oyunlarında boks yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Previous Post

Daha bir komanda “Azərişıq” ASC-nin təşkil etdiyi ümumrespublika Peşə Ustalığı Yarışlarının final turunda iştirak edəcək

Next Post

AGF və MOİK arasında əlaqələr genişləndiriləcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.