Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxıb.
Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşıb.
Karvina şəhər stadionunda keçirilən matç yığmamızın 0:5 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.
Avropa çempionatı, seçmə mərhələ
10 oktyabr
20:00. Çexiya U-21 – Azərbaycan U-21 – 5:0
Qol: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85
Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)
Karvina şəhər stadionu
22:30. Portuqaliya – Bolqarıstan
9 oktyabr
Şotlandiya – Cəbəllütariq – 12:0

//Qol.az
