• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

Bakı-Quba yolunda yarım milyonluq maşın AŞDI - Kəmər həyatını xilas etdi - VİDEO

02 Aprel, 26 / 16:02
A A
Bakı-Quba yolunda yarım milyonluq maşın AŞDI - Kəmər həyatını xilas etdi - VİDEO

Bakı-Quba yolunda qəza baş verib.

Nəzər.Media DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb: “İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənmişdir. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib.

Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.

Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərini taxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın. Çünki qaydalar insan həyatını qorumaq üçün var”.

 

Previous Post

Üzündəki çapığa görə arzusu ürəyində qaldı

Next Post

Paşinyan Putinlə görüşündən nələri danışdı?

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.