• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Bakı şəhəri məktəblilərinin velosiped yarışına yekun vurulub

15 Noyabr, 25 / 13:04
A A
Bakı şəhəri məktəblilərinin velosiped yarışına yekun vurulub

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərinin məktəbliləri arasında velosiped yarışı keçirilib. 2 gün davam edən yarışda hər birinin tərkibində 2 qız və 2 oğlan velosipedçi olan 22 məktəbin komandası iştirak edib.

İlk yarış günündə keçirilən təsnifat mərhələsindən sonra ən yaxşı vaxt göstəricisinə malik 8 komanda müəyyənləşib. Növbəti gün isə 1/4, yarımfinal və final mərhələsi ilə yarışa yekun vurulub.

Səbail rayonu 236 saylı orta məktəbin şagirdləri finalda həmin rayonun 85 saylı orta məktəbindən olan rəqiblərini məğlub edərək çempion olublar. Pirallahı rayonu 186 saylı orta məktəbin şagirdləri isə üçüncü yerə layiq görülüblər.

Fərqlənən komandalar medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Bundan başqa, çempion komandanın bütün üzvlərinə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov mətbuat nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə velosiped idmanına maraq oyatmaq, onların arasından istedadlıları üzə çıxarmaq və peşəkar idmana cəlb etməkdir.

Previous Post

Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi Günü

Next Post

Kəmalə Günəşlinin oğlu anasına nəyi qadağan edir?

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.