• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Bakıda keçirilən Dünya Badminton Federasiyasının parabadminton üzrə texniki seminarına yekun vurulub

20 Noyabr, 25 / 17:39
A A
Bakıda keçirilən Dünya Badminton Federasiyasının parabadminton üzrə texniki seminarına yekun vurulub

Milli Gimnastika Arenasında 3 gün davam edən Dünya Badminton Federasiyasının (BWF) parabadminton üzrə Texniki Seminarına yekun vurulub. 17-19 noyabr tarixlərini əhatə edən beynəlxalq tədbirdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə, o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edib.

Beynəlxalq Paralimpiya Komitəsi (IPC), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK), Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (Badminton Europe) və Azərbaycan Badminton Federasiyasının birgə dəstəyi ilə təşkil olunan seminarda parabadmintonun inkişafı, məşqçilik bacarıqlarının artırılması, idmançıların təsnifatı və yarışların idarə olunması mövzularında nəzəri və praktik sessiyalar keçirilib.

Bağlanış mərasimində çıxış edən Dünya Badminton Federasiyasının rəsmisi Con Şirer, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov seminar iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Təşkil olunan seminarın iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin bu idman növünün kütləviliyinə dəstək baxımından mühüm fayda verəcəyini bildiriblər.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Previous Post

"Whatsapp"dakı bu hiyləni çox adam bilmir - Xəyanət edənlərin "sirri" ifşa oldu

Next Post

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında 2024-cü ilin yekunlarına dair ümumi yığıncaq keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.