• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Bakıda məktəb direktoru müəllimi xəstəxanalıq edib? - AÇIQLAMA

04 Noyabr, 25 / 19:53
A A
Bakıda məktəb direktoru müəllimi xəstəxanalıq edib? - AÇIQLAMA

Sosial şəbəkələrdə Xəzər rayonu Ramiz Qasımov adına 216 saylı tam orta məktəbdə direktor vəzifəsini icra edən Çinarə Cəbrayılova ilə ingilis dili müəllimi Sədaqət Babayeva arasında yaşanan mübahisə nəticəsində müəllimin xəstəxanalıq olduğu haqda iddialar yayılıb.

Milli.Az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, məktəb yayılan xəbərlərə belə aydınlıq gətirib:

“İngilis dili müəlliminin davranışları ilə əlaqədar bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə təhsil müəssisəsinin rəhbərliyinə şikayət olunub. Nəticədə ingilis dili müəlliminə “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

Qeyd olunub ki, 04.11.2025-ci il tarixində məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, Məktəb Həmkarlar Komitəsinin sədri qeyd olunan ingilis dili müəllimi ilə söhbət aparıblar:

“Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, “Təhsilverənlərin etik davranış Qaydaları”na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq, məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb.

Qeyd olunan müəllimin davamlı xarakter almış bu kimi hərəkətləri məktəbdaxili pedaqoji mühitin və tədris prosesinin pozulmasına səbəb olur”.

//Nəzər.Media

Previous Post

Aparıcı Milkayılı heç belə görməmisiniz - Efirdə "dəliyə döndü" - VİDEO

Next Post

Qaz balonundan istifadə olunan avtomobil yandı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.