• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq - TƏFƏRRÜAT

23 Oktyabr, 25 / 21:03
A A
Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda barələrində həbs olmayan qətimkan tədbiri seçilən təqsirləndirilən yeniyetmələrin sərbəst ifadələri dinlənilib. Cinayət işində daha əvvəl zərərçəkən kimi tanınan Amal Kakayev ifadəsi zamanı işlədiyi restoranda gecə növbəsində olduğu zaman iki maskalı şəxsin ona hücum edərək dəmir parçası ilə xəsarət yetirdiyini, daha sonra kassanı qarət etdiyini deyib.

Nəzər.Media Baku TV-yə istinadla xəbər verir ki, onun ifadəsinə əsasən, maskalı şəxslərin kimliyindən xəbərsiz olub. Lakin sonradan bilib ki, həmin iki maskalı şəxs onunla birlikdə kirayədə qalan və həmçinin birlikdə çalışan həmkəndliləri ‒ Eltun Mahmudov və Amil Rəhmətov olub. O, istintaqdakı ifadəsini deyil, məhkəmədə verdiyi ifadəsini təsdiqləyərək deyib ki, bu işdə onun əli olmayıb. Hadisə ilə bağlı təqsirləndirilən Amil və Eltun isə Amal Kakayevin yalan danışdığını, bu planı qabaqcadan düşünülmüş şəkildə həyata keçirdiklərini deyiblər.

Qeyd edək ki, 2025-ci il fevralın 8-i səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq faktının baş verməsi barədə polisə məlumat daxil olub. Restoranda gecə növbətçisi işləyən Amal Kakayev şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti oğurlayıblar.

Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar.

İbtidai istintaq araşdırmaları zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən kimi istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və oğurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar.

Aparılan araşdırmalar zamanı Amal Kakayev də saxlanılaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Previous Post

Sürücülük vəsiqəsi olmayan sürücü qəza törətdi : 1 ölü, 4 yaralı

Next Post

Minik avtomobili və motosiklet toqquşdu: 1 yaralı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.