İtaliyanın “Yuventus” klubunda foma geyinən Kənan Yıldızı iki nəhəng klub heyətində görmək istəyir. Nəzər.Media Türkiyənin “Sporx” saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü ilə İspaniyanın “Barselona” və Almaniyanın “Bayer Münhen” klubları maraqlanır.
Hazırda qiyməti 50 milyon avro olan Yıldızla “Yuventus”la 2029-cu ilə qədər müqaviləsi mövcuddur. “Qoca Sinyora” müqaviləni 2030-cu ilə qədər artırmaq istəyindədir.
Qeyd edək ki, Yıldız cari mövsümdə “Yuventus”un heyətində 52 dəfə meydana çıxıb. O bu oyunlarda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzər.Media
