“Barselona” klubunun son maliyyə hesabatına əsasən, katalonlar hələ də əvvəlki transferlərə görə 159,1 milyon avro borcludur. Onun 140,6 milyon avrosu gələn il ödənilməlidir.
Klubun borclu olduğu komandalar aşağıdakılardır:
“Lids Yunayted” – 41,9 milyon avro (Rafinya)
“Sevilya” – 22,5 milyon avro (Kunde)
“Bayern” (Münhen) – 20 milyon avro (Levandovski)
“Mançester Siti” – 13,3 milyon avro (Ferran Torres)
“Real Betis” – 8 milyon avro (Emerson Royal)
Eyni zamanda, bir neçə klub “Barselona”ya borcludur – ümumilikdə 64,1 milyon avro:
“Portu” – 6,7 milyon avro (Niko Qonsales)
“Əl-Əhli” – 4,1 milyon avro (Kessie)
“Şaxtyor” (Donetsk) – 3,1 milyon avro (Marlon)
Bu rəqəmlər “Barselona” klubunun son maliyyə hesabatında rəsmi şəkildə açıqlanıb.
//Offsideplus.az
