Leonardo Bonucci hesab edir ki, Pep Guardiola İtaliya milli futbol komandası üçün ən doğru məşqçidir. Nəzər.Media İngiltərənin GOAL saytına istinadən xəbər verir ki, o, bildirib ki, komanda köklü dəyişiklik etməlidir.
Bonuççinin sözlərinə görə, İtaliya son illərdə Dünya Çempionatlarına vəsiqə qazana bilməyib və ciddi böhran yaşayır. Bu səbəbdən sistemin tam yenilənməsi vacib sayılır.
O, xüsusilə müdafiə xəttinin yenidən qurulmasını əsas prioritet kimi göstərib. Bonuççi gənc futbolçulara daha çox vaxt verilməsinin vacibliyini də vurğulayıb.
Sabiq müdafiəçi hesab edir ki, Guardiola kimi bir məşqçi bu prosesi sürətləndirə bilər. Lakin o, dəyişikliklərin nəticə verməsi üçün səbrin də vacib olduğunu bildirib.
//Nəzər.Media
