• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Brauzer sahəsində yeni era başlayır – Kim hansı sayta giribsə izlənəcək

22 Oktyabr, 25 / 20:51
A A
Brauzer sahəsində yeni era başlayır – Kim hansı sayta giribsə izlənəcək

OpenAI yeni süni intellektli “Atlas” brauzerini təqdim edib.

“ChatGPT”nin yaradıcıları OpenAI şirkəti “Atlas” adlı yeni brauzerini rəsmi şəkildə istifadəyə verib.

Proqram hələlik yalnız macOS istifadəçiləri üçün əlçatandır, lakin yaxın zamanda Windows, iOS və Android versiyalarının da təqdim olunacağı gözlənilir.

Yeni brauzer görünüşcə adi brauzerlərə bənzəsə də, əsas fərqi “ChatGPT”nin dərin inteqrasiyası ilə bağlıdır. İstifadəçi istənilən səhifədə yan paneldə süni intellektlə ünsiyyət qura, səhifənin qısa xülasəsini istəyə, məhsulları müqayisə edə və ya məlumatları təhlil etdirə bilər.

Əsas yenilik “agent rejimi” adlanır. Bu funksiya “ChatGPT”yə saytlarla birbaşa qarşılıqlı əlaqə qurmağa imkan verir, lakin istifadəçi prosesə tam nəzarət edir. OpenAI-nin nümayişində süni intellekt “Instacart” saytında reseptə uyğun ərzaqları özü sifariş edib.

“Atlas” həmçinin mətnlərin, e-poçtların və sənədlərin redaktəsində kömək edir, istifadəçinin yazı tərzini uyğunlaşdırır və keçmiş axtarış tarixini təhlil edərək öncə baxılmış səhifələr haqda suallara cavab verə bilir.

İstifadəçilər brauzerin məxfilik parametrlərini idarə edə, məlumatların model təlimi üçün istifadəsini qadağan edə, baxış tarixçəsini silə və söhbətləri arxivləşdirə bilərlər.

“Atlas” pulsuz təqdim edilir, lakin “agent rejimi” ilk mərhələdə yalnız ChatGPT Plus, Pro və Business abunəçiləri üçün aktiv olacaq.

 

Previous Post

Xalq artistinin vəziyyəti ağırlaşdı

Next Post

Gəncədə yük maşını ilə minik maşını toqquşdu - Xəsarət alanlar var

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.