
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Astroloqlar bürclərin hər biri üçün münasibətlərdə “son hədd”in nə olduğunu açıqlayıblar.
Bürclərin sevgidə hansı halları bağışlamadığını təqdim edirik.
Qoç – xəyanət
Qoçlar münasibətlərdə açıq və dürüst olurlar və qarşı tərəfdən də bunu gözləyirlər. Xəyanət isə etimadı tamamilə sarsıdır və əksər hallarda ayrılığa aparan yolun başlanğıcı olur.
Buğa – qəlbin sındırılması
Buğa nə qədər çox incidilərsə, sizi həyatından silmək ehtimalı da bir o qədər artır. Onun səbrinin də bir həddi var.
Əkizlər – hörmətsiz münasibət
Onların fikirlərini kiçiltmək, intellektual baxımdan özünü üstün göstərmək Əkizlərin marağını və enerjisini birdəfəlik söndürə bilər.
Xərçəng – soyuq davranış və uzaqlaşma
Xərçəng laqeydliyə, susqunluğa və emosional məsafəyə dözə bilmir. Bu cür münasibət onu sevgi hekayəsini bitirməyə sövq edir.
Şir – alçaldılmaq
Şirin güclü özgüvəni var. Ona həsəd aparmaq olar, amma alçaltmaq olmaz – belə davranışı əsla bağışlamır.
Qız – yalan
Qız bürcünün güclü intuisiyası var. Hətta xırda yalanlar belə onun etibarını itirməyə və münasibətin zədələnməsinə səbəb ola bilər.
Tərəzi – davamlı gərginlik
Tərəzilər harmoniya və daxili sakitliyi hər şeydən üstün tuturlar. Münasibət daim stress və gərginlik yaradırsa, bir gün bu yükdən imtina edəcəklər.
Əqrəb – gizlinlər
Əqrəblər onlardan nəsə gizlədilməsinə dözmürlər. Tam səmimi ola bilmirsinizsə, bu bürclə münasibət qurmaq çətin olacaq.
Oxatan – həyat eşqinin sönməsi
Oxatanlar pozitivliyi və enerjini sevirlər. Daim şikayət edən və pessimist insanlar onların həyat həvəsini azaldır.
Oğlaq – məsuliyyətsizlik
Oğlaqlar etibarlılığa böyük önəm verirlər. Sözündə durmayan, məsuliyyətdən qaçan insanı həyatlarında saxlamaq istəmirlər.
Dolça – özün olmamaq
Əgər daim başqalarını razı salmağa çalışır, öz fərdiliyini itirirsinizsə, Dolça ilə uyğunluq tapmaq çətin olacaq.
Balıqlar – puç olan arzular
Balıqlar xəyallarını ələ salan, daxili dünyasını anlamayan və hisslərini dəyərsizləşdirən insanlardan sakitcə uzaqlaşırlar.
//milli.az
