Almaniyanın rəhbərliyi ilə dörd ölkədə “Cəhənnəm Mələkləri”nə qarşı əməliyyat keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Almaniya, Belçika, Bolqarıstan və Niderlandda 100-dən çox ünvana baxış keçirilib.
Əməliyyata mindən çox polis əməkdaşı cəlb olunub. Araşdırmada 71 şübhəli şəxsin adı keçir. Onların çirkli pulların yuyulması şəbəkəsi ilə əlaqəli olduğu bildirilir.
//Nəzər.Media
