ABŞ-ın ABC kanalınada yayımlanan Cimmi Kimmelin şou proqramı dayandırılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, buna səbəb şou proqramda yayımlanan zarafat olub.
Şou proqramda respublikaçı aktivist Çarli Kark sui-qəsdi ilə bağlı zarafat edilib. Gələn ilin mayına qədər müqaviləsi olan Cimmi Kimmel heç bir açıqlama verməyib.
Verilişin dayandırılması ABŞ Prezidenti Donald Tramp tərəfindən də müsbət qarşılanıb. O bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
//Nəzər.Media
