• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

“Cüdo məktəblərdə” layihəsinə start verilib

22 Yanvar, 26 / 18:16
A A
“Cüdo məktəblərdə” layihəsinə start verilib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə “Cüdo məktəblərdə” layihəsinə start verilib.
Layihənin açılış mərasimi Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, əməkdar məşqçi Tərlan Həsənov, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı məsləhətçisi Vəfa Hüseynzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova çıxış ediblər. Çıxışlarda layihənin məqsədləri, tətbiq mexanizmi və məktəblilər üçün yaradacağı faydalar vurğulanıb.
Fiziki tərbiyə dərsləri çərçivəsində keçirilən məşğələlərdə IV, V və VI sinif şagirdləri cüdonun əsaslarını öyrənəcəklər. Dərslər ACF-in beynəlxalq sertifikatlara malik təcrübəli məşqçiləri tərəfindən aparılır.
Məşğələlər zamanı məktəblilərə cüdonun əsas qaydaları, təhlükəsiz yıxılma texnikaları (ukemi), ilkin hərəkət vərdişləri və tərəfdaşla işləmə bacarıqları aşılanacaq. Eyni zamanda yaş xüsusiyyətlərinə uyğun məşqlər və cüdo elementləri ilə zəngin oyunlar vasitəsilə cüdonun əsas dəyərləri — hörmət, intizam və məsuliyyət kimi keyfiyyətlər təşviq olunacaq.
Dərslərin sonunda uşaqlara və valideynlərə yaxınlıqdakı cüdo klubları barədə məlumat veriləcək, sınaq dərslərində iştirak imkanı və sadə qoşulma seçimləri təqdim olunacaq.
Layihənin məqsədi gündəlik həyatda təhlükəsizliyin artırılması (yıxılma və sürüşmələr zamanı yarana biləcək xəsarət riskinin azaldılması), sosial bacarıqların inkişafı, erkən yaşlardan uşaqlarda cüdoya marağın formalaşdırılması və cüdonun kütləviliyinin artırılmasıdır.

Previous Post

Bakıda torpaq qiymətləri rekord qırır: 1 sot üçün 1 milyon manat

Next Post

“Ərinizi niyə utandırırsınız, başını niyə yerə soxursunuz?”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.