• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib

07 Dekabr, 25 / 0:11
A A
Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.
Bakı İdman Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyəti xatırladaraq Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən bütün idmançılara uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çempionatda ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin sevindirici hal olduğunu söyləyib. O, bu yarışın idmançıların karyerasında potensial dönüş nöqtəsi ola biləcəyini qeyd edib. Federasiya rəsmisi cüdo idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib. R.Rəsullu qeyd edib ki, bu qayğı nəticəsində cüdoçularımız bu il beynəlxalq turnirlərdə 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla ümumilikdə 253 medal qazanıblar. O, yarışın təşkilində və ümumilikdə cüdonun inkişafında göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Federasiyanın baş sponsuru “Azercell Telecom”a, həmçinin yarışın sponsoru “Azman Holding”ə təşəkkürünü bildirib.
Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, builki Azərbaycan çempionatı da yüksək yarış standartlarında təşkil olunub. Ölkə çempionatında ümumilikdə 206 idmançı mübarizəyə qoşulub.

Previous Post

Yüksək Liqanın növbəti oyunlarının proqramı məlum oldu

Next Post

MMA və Qrapplinq Federasiyasının ümumi yığıncağı keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.