İsrail ordusunun Qəzzanı blokadaya alması ciddi humanitar fəlakətə səbəb olur. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, humanitar böhran insanların acından ölməsinə səbəb olur.
Son 24 saatda Qəzzada daha 5 nəfər acından dünyasını dəyişib. Acından dünyasını dəyişənlərdən üçü azyaşlıdır. Bununla da acından dünyasını dəyişənlərin sayı 387-nəfərə yüksəlib. Ümulikdə münaqişə başlayandan bu yana bu 387 nəfərdən 138 nəfəri azyaşlı uşaqlardır. BMT-nin hesabatına görə isə Avqustun 22-dən 109 nəfər Qəzzada acından ölüb ki, onlardan 23-ü azyaşlı uşaqlardır. Son 24 saatda isə Qəzzada daha 87 nəfər həyatını itirib. Bu isə münaqişə başlayandan bu yana ölənlərin sayının 64455 nəfərə yüksəlməsi deməkdir.
//Nəzər.Media
