Türkiyədə güclü yağışlar yağıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, yağışlar ərzurumda daşqınlara səbəb olub.
Daşqın yolda bir avtomobili aparıb. Avtomobildə olan sürücü son anda avtomobildən tullanmağı bacarıb. Ancaq onun xanımı avtomobildə qalıb. Sürücünün xanımı yaralı vəziyyədə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
