İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
“Defne Film Production”nun nəzdində fəaliyyət göstərən “Çoban Yıldızı Film Akademisi”də bu gün tələbələr üçün sertifikatların təqdimetmə mərasimi keçirilib. Akademiyanın İdarə Heyətinin üzvləri Hasan Arslan və Yalçın Çobanın da iştirak etdiyi mərasimdə aktyorluq dərslərini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Nəzər.Media saytının məlumatına görə təqdim edilən sertifikatlar yalnız akademiyanın öz tələbələrinə təqdim edilmək üçün hazırlanıb və onların “Çoban Yıldızı Film Akademisi”də aktyorluq dərsləri aldıqlarını təsdiqləyir.
Qeyd olunub ki, sözügedən sənədin hər hansı başqa özəl qurumla əlaqəsi yoxdur.
O da vurğulanıb ki, sertifikatlar yalnız “Defne Film Production”nun nəzdində fəaliyyət göstərən “Çoban Yıldızı Film Akademisi” tərəfindən təqdim olunur və tələbələrin akademiya çərçivəsində aktyorluq sahəsində aldıqları təhsilin rəsmi təsdiqinin əyani sübutudur.

//Nəzər.Media
