
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsi ilə bağlı açıqlama verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, o Qrenlandiyanın qorunması məsələsində Danimarkaya etibar etmədiyini açıqlayıb.
Tramp Qrenlandiya məsələsinin ABŞ üçün təhlükəsizlik məsələsi olduğunu bildirib. O, Rusiya və Çinin Qrenlandiya ilə bağlı ciddi cəhdlər göstərdiyini vurğulayıb.Danimarkanın bu məsələ ilə bağlı imkanları məhduddur, lakin ABŞ hər cür addım atmağa qadirdir. ABŞ lideri Qrenlandiyanın geosiyasi əhəmiyyətinin getdikcə artdığını da qeyd edib.
//Nəzər.Media
