• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Dövlət Komitəsində Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

04 Sentyabr, 25 / 15:51
A A
Dövlət Komitəsində Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 4-də ölkəmizdə səfərdə olan Almaniyanın Əsas dəyərlər və Beynəlxalq Anlaşma Fondunun İdarə heyətinin sədri Erix Alfred Tilo Braun və Fondun icraçı direktoru Folker Brext ilə görüşüb.

Komitə sədri ölkəmizdə dövlət-din münasibətləri, dini tolerantlıq və multikultural mühit barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb. Dini konfessiyalara daim diqqət və qayğı göstərildiyini, birgəyaşayış təcrübəsinin və multikultural dəyərlərin qorunduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə mütəmadi olaraq dini qurumlara maliyyə yardımları ayrılır.

Ramin Məmmədov irqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlığın mühüm rol oynadığını, ölkəmizdə dinlərarası harmoniyanın unikal nümunəsinin mövcud olduğunu vurğulayıb. Azərbaycanda xristian almanların irsinə göstərilən diqqətin multikulturalizm siyasətini təcəssüm etdirdiyini qeyd edib.

Almaniyanın Əsas dəyərlər və Beynəlxalq Anlaşma Fondunun İdarə heyətinin sədri Erix Alfred Tilo Braun və Fondun icraçı direktoru Folker Brext öz növbələrində təmsil etdikləri Fond haqqında məlumat verərək, Azərbaycanda dini müxtəlifliyə və dinlərarası harmoniyaya göstərilən diqqəti yüksək qiymətləndirdiklərini bildiriblər. Almaniya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Previous Post

Su xidmətləri ilə bağlı ADSEA-ya daxil olan müraciətlərin sayı açıqlandı

Next Post

Keçmiş prezident özünə yeni iş tapdı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.