• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Dövlət Komitəsinin sədri Misirin dini işlər və vəqflər naziri ilə görüşüb

23 Yanvar, 26 / 13:37
A A
Dövlət Komitəsinin sədri Misirin dini işlər və vəqflər naziri ilə görüşüb

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 20-də Qahirə şəhərində Misir Ərəb Respublikasının Dini işlər və vəqflər naziri – İslam Ali Şurasının sədri Usamə Əl-Əzhəri ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən dini-mənəvi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb. İkitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib, beynəlxalq platformalarda qarşılıqlı dəstək və birgə təşəbbüslərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıblar.

Ramin Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini etiqad azadlığının təmin edildiyini, multikulturalizm və tolerantlıq ənənələrinin dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinlərarası dialoqun beynəlxalq miqyasda dərinləşdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə, həmçinin din təhsili və maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Usamə Əl-Əzhəri Misirdə dini sahədə aparılan islahatlar, Əl-Əzhər Universitetinin İslamın sülh, həmrəylik və humanizm dəyərlərinin dünyada təbliği istiqamətində gördüyü işlər haqqında danışıb. O, ölkəsinin Azərbaycanla dini sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, alimlərin, din xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi, dini maarifləndirmə layihələrinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

Previous Post

Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Next Post

Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.