• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub-FOTOLAR

11 Sentyabr, 25 / 15:12
A A
EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub-FOTOLAR

Sentyabrın 5-də Şamaxı rayonunun Mərzəndiyə kəndində təmiz su ilə təminatı yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihənin tamamlanması münasibətilə kənd sakinləri ilə görüş keçirilib.

Layihə EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Coca-Cola” Fondunun dəstəklədiyi “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə icra olunub.

Layihə çərçivəsində Pirsaat su mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrli magistral su kəməri çəkilib. Su mənbəyi sahəsində nasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təmin olunub, kəndin içində 60 kubmetrlik su çəni tikilib. Daha sonra kənd daxilində şəbəkə xətləri çəkilərək hər evə sayğaclı və davamlı su verilməsi təmin edilib.

Nəticədə Mərzəndiyə kəndinin 1350 sakini təmiz su ilə təmin olunub. Kəndə çəkilən suyun illik həcmi təqribən 146 milyon litr olaraq hesablanıb.

Tədbirdə EcoHub İctimai Birliyinin sədri Tükəzban Ağababayeva, “Coca-Cola Azərbaycan” şirkətinin baş direktoru Rəna Məmmədova, ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov və ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev, Şamaxı RİH-nin başçısı Tahir Məmmədov iştirak ediblər. Dövlət və özəl sektor nümayəndələri layihənin icrasının tamamlanmasını qeyd edərək kənd sakinlərini təbrik ediblər.

EcoHub İctimai Birliyinin sədri Tükəzban Ağababayeva tədbirdə çıxış edərək bildirib:
“Mərzəndiyə kəndində həyata keçirdiyimiz bu layihə göstərdi ki, dövlət qurumlarının gördüyü irimiqyaslı işlərə əlavə dəstək və özəl sektorun sosial məsuliyyət təşəbbüsləri birləşəndə böyük nəticələr əldə etmək mümkündür. EcoHub olaraq biz hər zaman sektorlararası əməkdaşlığın gücünə inanırıq və bu layihə həmin əməkdaşlığın bariz nümunəsidir. Sevindirici haldır ki, 1350 nəfər sakinin gündəlik həyatında böyük dəyişiklik baş verdi və hər bir evə dayanıqlı, keyfiyyətli içməli su çatdırıldı. Bu uğuru tərəfdaşlarımızla birlikdə paylaşmaqdan qürur duyuruq.”

“Coca-Cola” şirkətinin baş direktoru Rəna Məmmədova bildirib:
“Coca-Cola” fəaliyyət göstərdiyi hər bir ölkədə cəmiyyətin inkişafına və icmaların həyat şəraitinin yaxşılaşmasına dəstək olur. Biz çox şadıq ki, Fondun dəstəklədiyi Qlobal Su Çağırışı proqramı çərçivəsində Mərzəndiyə kəndinin 1350 sakininin təmiz su əldə etməsinə kömək etdik və bundan qürur duyuruq. Bu mühüm layihənin uğurla həyata keçirilməsində ADSEA-ya, Şamaxı Rayon İcra Hakimiyyətinə və EcoHub-a təşəkkür edirik.”

ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov vurğulayıb ki, layihənin davamlı olması üçün işlər görülməyə davam edəcək:
“Mərzəndiyə kəndini su ilə təmin etmək üçün böyük işlər görüldü. Layihənin icrası bir neçə ay çəkdi və nəhayət, biz uğurlu nəticə əldə etmişik. İnanıram ki, tərəfdaşlarımızla birgə belə uğurlu layihələrin sayı çox olacaq.”

Şamaxı RİH rəhbəri Tahir Məmmədov isə bildirib:
“Dövlətimizin diqqəti və özəl sektorun dəstəyi ilə sakinlərin gündəlik həyatı daha da yaxşılaşır. Kəndin su problemi artıq həll olunub. İndi hər evdə təmiz su var. Bu işin uğurla yekunlaşmasında əməyi olan bütün tərəfdaşlarımıza minnətdaram.”

ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev isə qeyd edib ki, bu layihə kəndin ən böyük ehtiyacını qarşılayaraq sakinlərin həyatını müsbət yöndə dəyişib.

Tədbir çərçivəsində dövlət və şirkət nümayəndələri kənd ərazisini gəzərək görülən işlərlə tanış olub, sakinlərlə görüşüblər. Daha sonra kəndin ağsaqqalı, tanınmış ziyalı aşıq Ağamurad Şirvanlının evinə baş çəkərək onunla səmimi söhbət ediblər.

Previous Post

22 yaşlı qızın qaçırılmasına görə bacısı və oğlanın anası saxlanıldı

Next Post

Dünya  opera ulduzları Türkiyənin qədim amfiteatrında – Möhtəşəm Aralıq dənizi festivalı başlayır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.