• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

“Editor.az” informasiya portalı 13 yaşını qeyd edir

24 Noyabr, 25 / 13:31
A A
“Editor.az” informasiya portalı 13 yaşını qeyd edir

Bu gün “Editor.az” informasiya portalının fəaliyyətə başlamasından 13 il ötür.

Nəzər.Media xəbər verir ki, 2012-ci ildən etibarən fəaliyyət göstərən portal bu illər ərzində Azərbaycanın internet media məkanında özünəməxsus yer və nüfuz qazanıb. Portalın informasiya bloklarında ölkənin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbərlər, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar geniş şəkildə təqdim olunur.

Fəaliyyətə başladığı ilk gündən “Editor.az” dəqiq və qərəzsiz informasiya vermək, hadisələrə obyektiv yanaşmaq və mütəxəssis rəylərini oxuculara çatdırmaq prinsipinə sadiqdir.

Operativ, dəqiq və tərəfsiz informasiya siyasəti yürüdən “Editor.az” bütün aparıcı sosial şəbəkələrdə aktiv şəkildə fəaliyyət göstərir və geniş auditoriya tərəfindən izlənilir.

“Editor.az” həmçinin Türkiyə, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Litva, Estoniya və Pakistanın nüfuzlu media qurumları ilə əməkdaşlıq haqqında memorandumlar imzalayaraq beynəlxalq informasiya mübadiləsini daha da genişləndirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı portalın “Editor TV” internet televiziyası fəaliyyətə başlayıb. Müharibənin ən gərgin dövrlərində 2Editor TV” “YouTube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla material hazırlayıb. Həmin materiallar hətta Ermənistan mətbuatının gündəmini də məşğul edib.

Bu gün “Editor.az”ın Azərbaycanın bütün bölgələrində, eləcə də bir sıra xarici ölkələrdə geniş və dinamik izləyici auditoriyası mövcuddur.

Biz də Nəzər.Media redaksiyası adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Previous Post

Azərbaycan Premyer Liqası XII TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Next Post

Braziliya Ciu-Citsusu üzrə filial və klublararası açıq çempionatı keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.