Suriya keçid hökumətinin Prezidenti Əhməd əş-Şaraa ölkənin dövlət telekanalına müsahibə verib. Nəzər.Media Türkiyənin “Haberler.com” saytına istinadən xəbər verir ki, o Suriyanın ərazi bütövlüyündə qətiyyətli olacağını bildirib.
“Suriya bir qarış torpağından belə imtina etməyəcək. Separatizim yolxucu xəstəlik kimidir. Əgər Suriyanın Şimalında belə bir hal baş versə bu Türkiyə və İraqda mənfi təsirini göstərəcək. Suriyanın şimalında əhalinin 70 faizi ərəblərdir. PKK-nın bir qanadı olan SDG bu nəinki Şimalda yaşayanları, hətta kürdlərin bir çoxunu da təmsil etmir”-deyə Suriya Prezidenti bildirib.
//Nəzər.Media
