Səudiyyə Ərəbistanının “Əl Qadsiah” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, ərəblər İtaliyanın “Atalanta” klubundan Mateo Reticu heyətinə qatıb.
“Əl Qadsiah” tranferin baş tutması üçün 67 milyon avro ödəyib. Transferdən sonra Mateo “Atalanta”da qazandığından 6 dəfə daha çox maaş alacaq.
//Nəzər.Media
