“Əlimyandı”da aldığım maşınla heç 100 km sürə bilmədim, maşın tüstülədi”
Bu şikayətlə milli.az-ın redaksiyasına müraciət daxil olub. Rasim adlı şəxsin dediyinə görə “əlimyandı” adı altında sosial şəbəkələrdə satılan maşını aldığı gündən ustalardan çıxa bilmir.
Bazar qiymətindən 5-6 min ucuz qiymətə satılan maşını alan şəxsin sevinci qursağında qalıb. O, bildirib ki, 2 ay ərzində maşına 3 min manata yaxın pul “töküb”.
“Avtomobili çox yaxşı servisdə yoxlatdırmışdım, orda maşınla bağlı ciddi problem çıxmamışdı, lakin, maşını 20-30 km sürəndən sonra bütün problemləri çıxmağa başladı. Artıq maşın həyətdə də olanda səhəri gündə bir “sürpriz” problemlə açıram”, – o gileylənib.
Alıcının dediyinə görə bu kimi elanlara aldanmasınlar.
Qeyd edək ki, bu kimi səhifələrlə bağlı şikayətlər ilk dəfə deyil. Sözügedən səhifələrdə saxta elanlarla bağlı bir neçə dəfə də müraciətlər olub.
//milli.az
