İranın Xarici İşlər Naziri Seyid Abbas Əraqçi Fransaya səfər edəcək. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın Xarici İşlər Nazirliyi yayıb.
Səfər zamanı Ərəqçi Fransadan olan həmkarı Jin-Noel Barrotla görüşəcək. Görüşün keçirilməsində məqsəd İranın nüvə fəaliyyətindəki şəffaflığı təmin etmək və İranın yenidən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını bərpa etməkdir.
//Nəzər.Media
