Ermənistan Göyçə gölünün Amerika şirkətlərinə icarəyə verilməsi məsələsini gündəmə gətirib.
Bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Məlumata əsasən, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ABŞ-ın bu ölkədəki səfiri Kristina Kuin və onun müşayiət etdiyi mütəxəssislərlə görüş keçirib. Görüş zamanı bir sıra obyektlərin, o cümlədən Tatev kanat yolu, əsas magistral yollar və Göyçə gölü sahil xəttinin Amerika şirkətlərinə icarəyə verilməsi imkanları müzakirə olunub.
//milli.az
