• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Fənərbağça"dan transfer "BOMBASI" – "Real"ın ulduzunun transferi üçün...

01 Avqust, 25 / 13:27
A A
"Fənərbağça"dan transfer "BOMBASI" – "Real"ın ulduzunun transferi üçün...

“Fənərbağça” transfer bazarında hərəkətliliyini davam etdirir.

Dünən axşam saatlarında Semedo və Skriniar transferlərini rəsmiləşdirən “Sarı-lacivərlilər” indi isə hücum xəttini gücləndirmək üçün işlərə başlayıb. Daha əvvəl klubun “Real Madrid”dən Brahim Diaz ilə maraqlandığı iddia olunsa da, əsl sensasiya sonradan ortaya çıxıb. Əsl hədəfinin Rodrygo olduğu bildirilir.

Transferlərə ardıcıl imza atan İstanbul təmsilçisi ilə bağlı gündəmə səs-küylü iddialar gəlməyə davam edir. Sosial şəbəkələrdə klub azarkeşləri Brahim Diaz üçün “Go to Fenerbahçe” kampaniyasına başlasa da, klub rəhbərliyinin əslində Rodriqonu heyətinə qatmaq istədiyi məlum olub.

24 yaşlı braziliyalı sağ cinah oyunçusu ötən mövsüm yaşadığı zədədən sonra komandasındakı mövqeyində çətinliklər yaşamışdı. Lakin buna baxmayaraq, o, 54 oyunda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Hal-hazırda “Al-Nassr”, “Arsenal” və “Mançester Siti” kimi klubların maraq dairəsində olan ulduz futbolçunu “Bül-bül”lərin razı salmağa çalışdığı bildirilir. Futbolçu ilə razılıq əldə olunduqdan sonra klubu ilə rəsmi danışıqlara başlanılacaq.

Braliyalı ulduzun “Real” ilə 2028-ci ilə qədər müqaviləsi var. O, İspaniya nəhəngi ilə ümumilikdə 270 oyuna çıxıb və bu müddətdə 68 qol, 51 asistlə komandasına töhfə verib. Yeni baş məşqçi Xabi Alonso ilə əsas heyətin dəyişməz üzvlərindən biri olmaq istəyən Rodriqo, son Klublararası Dünya Kubokunda 3 oyunda 92 dəqiqə meydanda olub və 1 assist edib.

Bu transfer reallaşarsa, “Fənərbağça” tarixinin ən böyük transferlərindən birinə imza atmış olacaq.

//milli.az

Previous Post

Cavid Süleymanlıya vəzifə verildi

Next Post

Rusiyada daha bir güclü zəlzələ oldu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.