UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Ferensvaroş”-“Qarabağ” oyunu başa çatdı. Gərgin keçən görüşdə “Qarabağ” 1:3 qalib gələrək Bakıya qələbə ilə qayıdır. Tərəflər arasında cavab qarşılaşması Avqustun 26-sında Bakıda “Tofiq Bəhramov adına Respublika Stadionu”nda keçiriləcək.
xxxx
Oyunun 85-ci dəqiqəsində Musa Qurbanlı “Qarabağ”ın üçüncü topuna imza atdı-“Ferensvaroş”-“Qarabağ”-1:3
xxxx
Oyunun 67-ci dəqiqəsində Kevin Medina “Qarabağ”ın ikinci topuna imza ataraq komandamızı hesabda önə keçirdi-“Ferensvaroş”-“Qarabağ”-1:2
xxxx
Oyunun 50-ci dəqiqəsində Marko Yankoviç “Qarabağ”ın bərabərlik topuna imza atdı-“Ferensvaroş”-“Qarabağ”-1:1
xxxx
“Ferensvaroş”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 1:0 geridədir.
xxxxxx
Avrokuboklarda yeganə təmsilçimiz Ağdamın “Qarabağ” klubu səfərdə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində Macarıstanın səfərdə “Groupama Arena”da “Ferensvaroş” klubunun qonağıdır. Təmsilçimiz ilk oyunda səfərdə sərfəli nəticə qazanaraq Bakıya əlverşli nəticə ilə qayıtmaq istəyir. “Ferensvaroş”da doğma publika önünüdə qələbə qazanmaq istəyir. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Juan Pedru da Silva Pineyrudur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edir. Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirir. VAR-da Tyaqu Brunu Lopes Martinşə Fabiu Oliveyra Melu kömək edir. Artıq oyunun dəqiqəsində “Ferensvaroş” qolu ilə hesabı açdı-“Ferensvaroş”-“Qarabağ”-1:0
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub.
Təmsilçimiz ilk oyunda İyulun 23-də Dublindəki “Tolka Park” stadionunda “Şelburn”un qonağı olub. Oyunun 13-cü dəqiqəsində “köhlən atlar” Leandro Andradenin qolu ilə hesabı açıb-“Şelburn”-“Qarabağ”-0:1. Görüşün ilk hissəsi 0:1 “Qarabağ”ın xeyrinə başa çatıb. Oyunun 81-ci dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın üçüncü topuna imza atıb-“Şelburn”-“Qarabağ”-0:2. Oyunun 85-ci dəqiqəsində Nəriman Axundazadə “Qarabağ”ım üçüncü topuna imza atdı-“Şelburn”-“Qarabağ”-0:3. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçadan 0:3 qalib ayrıdı.
“Qarabağ”mız UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İralandiyanın “Şelburn” klubunu qəbul edir. “Qarabağ” səfərdəki qələbədən sonra növbəti mərhələ haqqında düşünür. Qonaqlar isə Bakıda möcüzə axtarışındadır. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Andrea Kolombodur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Stefano Alassio və Dario Cekkoni kömək edir. VAR-da Daniele Doveriyə Daniele Paterna kömək edir. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0)
İyulun 30-da təmsilçimiz “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Şelburn”u qəbul edib. Artıq oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Şelburn” oyunçusu Con Martinin avtoqolu ilə hesabı açaraq ümumi hesabı artırdı-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ilk hissəsi “Qarabağ”ın 1:0 ümumi hesabda 4:0 üstünlüyü ilə başa çatıb-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Qarabağ”-“Şelburn”-1:0(4:0). Belə bu görüşdə 1:0 qalib gələn “Köhlən Atlar” ümumi hesabda 4:0 qalib gələrək adını III təsnifat mərhələsinə yazdıra bilib.
Avqsutun 5-də isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Todor Proeski Milli Arena”sında Şimali Makedoniyanın “Şkendiya” klubunun qonağı olub.Artıq oyunun 18-ci dəqiqəsində “Qarabağ” Toral Bayramovun penaltidən qolu ilə hesabı açıb-“Şkendiya”-“Qarabağ”-0:1. İlk hissə “Qarabağ”ın 0:1 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Şkendiya”-“Qarabağ”-0:1.
12 Avqust-da isə III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edib.Artıq oyunun 10-cu dəqiqəsində “Şkendiya” Fabrisa Tambanın qolu ilə hesabı açaraq ümumi hesabı bərabərləşdirdi-“Qarabağ”-“Şkendiya”-0:1(1:1).Oyunun 16-cı dəqiqəsində “Qarabağ” “Şkendiya”nın heyətindən Klisman Keykin avtoqolu ilə bu oyunda hesabı bərabərləşdirərək komandamızı yenidən ümumi hesabda önə keçirib.-“Qarabağ”-“Şkendiya”-1:1(2:1).Oyunun 18-ci dəqiqəsində Kadi Borqes “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını həm bu oyunda hesabda önə keçirib, həm də ümumi fərqi bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-2:1(3:1).Oyunun 33-cü dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın üçüncü topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-3:1(4:1).Oyunun 35-ci dəqiqəsində Marko Yankoviç penaltidən “Qarabağ”ın dördüncü topuna imza ataraq ümumi hesabı bir qədər artırıb-“Qarabağ”-“Şkendiya”-4:1(5:1). İlk hissədən sonra “Qarabağ” fasiləyə hesabda 4:1 ümumi hesabda 5:1 üstünlüklə yollandı. Oyunun 59-cu dəqiqəsində Leandro Andrade “Qarabağ”ın beşinci topuna imza ataraq ümumi hesabı bir qədər də artırıb-“Qarabağ”-“Şkendiya”-5:1(6:1). Bu oyunda son qol olub və “Qarabağ” bu oyunda 5:1 ümumi hesabda 6:1 qalib gələrək adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb-“Qarabağ”-“Şkendiya”-5:1(6:1)
