Dünyanın məhşur avtomobil şirkəti olan “Ford” açıqlama yayıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki,açıqlama “Ford”un ən əfsanəvi modeli olan “Focus” barəsində olub.
Avtomobil nəhəngi sözü gedən modeli istehsalının dayandırıldığını bildirib. 1998-ci ildən istehsal edilən avtomobilin milyonlarla satışı həyata keçirilib. Sonuncu “Ford Focus” 15 noyabrda Almaniyadakı zavodda istehsal olunub.
//Nəzər.Media
