• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

“Formula-1”də mühərrik mübahisəsi

29 Aprel, 26 / 14:19
A A
“Formula-1”də mühərrik mübahisəsi

“Formula-1″də 2027-ci ildən etibarən yanacaq sərfi limitinin artırılması vasitəsilə daxili yanma mühərrikinin (DYM) güc balansını dəyişmək cəhdi uğursuzluqla nəticələnib.

Nəzər.Media İdman.Biz-ə istinadən bildirir ki, mühərrik istehsalçıları arasında aparılan müzakirələrdə bu təklif lazımi dəstəyi qazanmayıb. Hazırda yeni reqlamentdə DYM və batareya arasındakı güc nisbəti təxminən 50/50 olaraq müəyyən edilib. Ekspertlərin enerji idarəetməsi problemlərini həll etmək üçün bu nisbətin ən azı 60/40 səviyyəsinə dəyişdirilməsi təklifi isə istehsalçıların səddinə rast gəlib.

FIA-nın texniki direktoru Yan Monşo “Auto Motor und Sport” nəşrinə açıqlamasında bildirib ki, bəzi istehsalçılar hazırkı qaydaların onlara rəqabət üstünlüyü verəcəyini düşünərək dəyişikliyə qarşı çıxıblar. Digər şirkətlər isə yeni mühərrik hazırlamaq üçün minimum 16 ay vaxt lazım olduğunu və 2027-ci ilin bu dəyişiklik üçün artıq gec olduğunu bildiriblər. Texniki baxımdan isə gücün artırılması detalların daha çox yüklənməsinə və əlavə soyutma sisteminə ehtiyac yaradır ki, mövcud layihələr buna hesablanmayıb.

FIA rəsmisi Nikolas Tombasis vurğulayıb ki, məsələni təhlükəsizlik arqumenti kimi təqdim edərək istehsalçıların razılığı olmadan tətbiq etmək hüquqi baxımdan mümkün deyil. Bolidlərin əsas konstruksiyası yay fasiləsinə qədər təsdiqlənməli olduğu üçün 2027-ci il mövsümündə heç bir yenilik olmayacaq. Düzəlişlərin ən tez 2028-ci ildə yenidən gündəmə gətirilə biləcəyi gözlənilir.

Previous Post

Dünyada ilk pulun istifadə edildiyi, turistlərin ən sevdiyi şəhər: Qədim Uşak şəhəri haqqında bilmədiklərimiz…

Next Post

Azərbaycanlı qızla evlənmək üçün müsəlmanlığı qəbul edib, adını DƏYİŞDİRDİ - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.