• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Forvard.az-ın aparıcı əməkdaşı 3 aylıq həbs olunub – VİDEO

28 Noyabr, 25 / 15:05
A A
Forvard.az-ın aparıcı əməkdaşı 3 aylıq həbs olunub – VİDEO

Sosial şəbəkələrdə keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə paytaxtın Nizami rayonunda Zəhmətkeşlər bağında yürüş edən bir qrup şəxs saxlanılıb. Allsport.az saytı xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində forvard.az saytının aparıcı əməkdaşı Abdulla İbrahimli, onun əqidə yoldaşı İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər kommunistlər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına yer icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus məkan və mənzillərə baxış zamanı, kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb. Nizami rayon məhkəməsinin qərarına əsasən, Abdulla İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onların hər biri barəsində cinayət məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Adı ilk çəkilən şəxsin ulu öndər Məhəmmədəmin Rəsulzadəyə və digər qurucu babalarımıza, Milli azadlıq hərəkatının öncülü Əbülfəz Elçibəyə, eləcə də hökümətə qarşı kəskin tənqidi çıxışını, Azərbaycanda guya yaşayışın pis olduğu üçün idman jurnalistlərini Polşa və Baltikyanı ölkələrə köçə təşfiq eməsini allsport.az-ın rəhbəri Kamran Hacı ilk dəfə 2022-2023-cü illər mövsümündə PFL-in rayon səfərləri layihəsi çərçivəsində aşkarlamış, aidiyyatı futbol və mətbuat qurumlarına məlumat vermişdir.

Lakin sonradan heç bir nəticə olmamış, AFFA və PFL ona vəsiqə verməkdə və əməkdaşlıq etməkdə davam etmişdir. Forvard.az-ın aparıcı əməkdaşı daha da azğınlaşaraq bir neçə dəfə futbol oyunlarında idman jurnalistlərinə hücum çəkib, globkom.info-nun əlavəsi “Globkom” Yutub televiziyasında “Pressklub” yutub televiziyasının aparıcısı Kamran Həsənliyə, “Azad Azərbaycan” TV-də aparıcı Kübra Məhərrəmovaya və Nezer.media saytının təsisçisi Nəzərbəy Hacıağayevin ünvanına söyüş yağdırıb, onları İsrailə tərəfkeşlik etməkdə qınayıb, Azərbaycanın ən yaxın müttəfiqi qardaş Türkiyəni pisləyib. O, adı son çəkilən şəxsin başına qapaz vurduğunu efirdən, digərlərini zərbə endirdiyini öz Feysbuk hesabında etiraf edib. Müxtəlif vaxtlarda dövlətin əleyhinə qərəzli çıxışlar edib.

Abdulla İbrahimli idman mətbuatında ilk addımını “Futbol+” qəzetində atıb. Sonradan Sport24.az və Strateji.az saytlarında çalışıb və hər 3 KİV orqanından qalmaqal törədərək qovulub.Əldə etdiyimiz məlumata görə, PFL rəsmiləri Forvard.az-ın aparıcı əməkdaşının cari mövsüm bu qurumun bayrağı altında keçirilən oyunlara vəsiqə vermədiyini bildirsələr də, o, 1-ci və 2-ci liqa matçlarında iştirak edib, açıqlama və müsahibələr alıb (faktlar aşağıda). Allsport.az həmin məsələni araşdırır.

 

Previous Post

İranda ard-arda üç ZƏLZƏLƏ

Next Post

"Zirə" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.