2026 Dünya Çempionatının seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan-Fransa oyunu başa çatıb. Gərgin keçən matçda millimiz 1:3 məğlub oldu.
xxxx
Azərbaycan-Fransa oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra Fransa 1:3 hesabı ilə öndədir.
xxxx
Oyunun 45+1-ci dəqiqəsində millimizin heyətindən Şahruddin Məhəmmədəliyevin avqolu ilə Fransa üçüncü topa imza atdı-Azərbaycan-Fransa-1:3
xxxx
Oyunun 30-cu dəqiqəsində Mahnes Akluşe Fransa millisinin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-Azərbaycan-Fransa-1:2
xxxx
Oyunun 17-ci dəqiqəsində Jan Filip Mateta Fransa millisinin bərabərlik topuna imza atdı-Azərbaycan-Fransa-1:1
xxxxx
Futbol üzrə Azərbaycan milli komandası 2026 Dünya Çempionatının seçmə mərləsinin soncunu oyunu çərçivəsində Bakıda “Tofiq Bəhramov adına Respublika Stadionu”nda Fransa millisini qəbul edir. Millimiz doğma meydanda rəqibinə güclü müqavimət göstərməyə çalışır. Fransa isə Bakıda növbəti qələbəsini qazanmağa çalışır. Qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakim Andris Treimanisdir. Ona ədaləti təmsil etməkdə Haralds Gudermanis və Aleksey Spasennikovs kömək edir. Dördüncü hakim funksiyasını Vitalis Spasyoņņikovs yerinə yetirir.VAR-da Kley Rupertiyə Kristaps Ratnieks kömək edir. Artıq oyunun 4-cü dəqiqəsində Azərbaycan millisi Renat Dadaşovun qolu ilə hesabı açdı-Azərbaycan-Fransa-1:0
Qeyd edək ki, milli komandamız 2026-cı ildə keçirilən Dünya Çempionatının seçmə mərhələsinə Sentyabrın 5-də start verib. İlk olaraq millimiz səfərdə “Lauqardalsvollur” stadionunda İslandiya millisinin qonağı olub. Artıq oyunun 45+2-ci dəqiqəsində İslandiya Viktor Palssonun qolu ilə hesabı açıb-İslandiya-Azərbaycan-1:0. İlk hissə İslandiyanın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İsaq Beqman Cohannason İslandiyanın ikinci topuna imza atıb-İslandiya-Azərbaycan-2:0.Oyunun 56-cı dəqiqəsində İsaq Beqman Cohannason dubl edərək özünün ikinci İslandiyanın üçüncü topuna imza atıb-İslandiya-Azərbaycan-3:0.Oyunun 67-ci dəqiqəsində Alber Gudmundsson İslandiyanın dördüncü topuna imza atıb-İslandiya-Azərbaycan-4:0. Oyunun 73-cü dəqiqəsində Kristan Hilinsson İslandiyanın beşinci topuna imza atıb-İslandiya-Azərbaycan-5:0. Bu oyunda vurulan son qol olub və millimiz matçda 5:0 darmadağın olub.
Sentyabrın 9-da “Tofiq Bərhamov adına Respublika Stadionu”nda Ukrayna millisini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Azərbaycan-Ukrayna-0:0.Oyunun 51-ci dəqiqə Ukrayna Georgiy Sudakovun qolu ilə hesabı açıb-Azərbaycan-Ukrayana-1:0. Oyunun 72-ci dəqiqəsində Emin Mahmudov penaltidən Azərbaycan millisinin bərabərlik topuna imza atıb-Azərbaycan-Ukrayna-1:1. Bu oyunda vurulan son qol oldu və görüşdə tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldu-Azərbaycan-Ukrayna-1:1.
Oktyabrın 10-da millimiz “Park De Prens”da Fransa millisinin qonağı olub. Arıtq oyunun 45+2 dəqiqəsində Fransa millisi Kilyan Mbappenin qolu ilə hesabı açıb-Fransa-Azərbaycan-1:0. İlk hissə rəqibimizin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 69-cu dəqiqəsində Adrian Rabiot Fransa millisinin ikinci topuna imza atıb-Fransa-Azərbaycan-2:0. Oyunun 84-cü dəqiqəsində Florian Thauvin Fransa millisinin üçüncü topuna imza atıb-Fransa-Azərbaycan-3:0. Bu oyunda vurulan son qol olub və millimiz matçdan 3:0 məğlub ayrılıb.
Millimiz Oktyabrın 13-də IV turu çərçivəsində səfərdə Polşanın Krakov şəhərində “Krakoviya” stadionunda Ukrayna millisinin qonağı olub. Artıq oyunun 30-cu dəqiqəsində Ukrayna millisi Aleksey Qutsulyakın qolu ilə hesabı açıb-Ukrayna-Azərbaycan-1:0. Oyunun 45+3-cü dəqiqəsində Azərbaycan millisi Ukrayna millisinin heyətində Vitali Mikolenkonun avtoqolu ilə hesabı bərabərləşdirib-Ukrayna-Azərbaycan-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməyi ilə başa çatıb-Ukrayna-Azərbaycan-1:1. Oyunun 64-cü dəqiqəsində Ruslan Malinovski Ukraynanın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-Ukrayna-Azərbaycan-2:1. Bu oyunda vurulan son qol olub və millimiz matçdan 2:1 məğlub ayrılıb.
Milimiz Noyabrın 13-də Bakıda “Palms Sports Arena”da İslandiya millisini qəbul edib. Artıq oyunun 20-ci dəqiqəsində İslandiya Albert Qudmundssonun qolu ilə hesabı açıb-Azərbaycan-İslandiya-0:1.Oyunun 39-cu dəqiqəsində Sverrir İnaqson İslandiyanın ikinci topuna imza atıb-Azərbaycan-İslandiya-0:2. İlk hissə İslandiyanın 0:2 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissəsinin nəticəsi oyunun nəticəsi olub-Azərbaycan-İslandiya-0:2.
