Fransanın ifrat sağçı Milli Birlik (RN) Partiyasının deputatı Jan-Filip Tanqi qalmaqallı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tanqi 2027-ci il prezident seçkilərini qazansalar, hicab taxan qadınlara cərimə tətbiq edəcəklərini bildirib.
Tanqi hicablı qadınların sayının artmasını tənqid edib və vəziyyətin nəzarətdən çıxdığını iddia edib. O, həmçinin islamçı ideologiya ilə qətiyyətlə mübarizə aparacaqlarını deyib. Tanqinin açıqlamaları ölkədə, xüsusilə solçu siyasətçilər tərəfindən sərt tənqidlə qarşılanıb.
//Nəzər.Media
