Kolumbiyada yerli hökümət və qanunsuz silahlı dəstələr arasında razılıq əldə olunub. Nəzər.Media “NTV Haber”ə istinadən xəbər verir ki, razılığa əsasən Narino bölgəsində axtarışlara icazə verilib.
Axrtarışlar zamanı gizli və kütləvi məzarlıqdan 22 cəsəd aşkarlanıb. Cəsədlərin kimə məxsus olması üçün cəsədlər tibbi ekspetiziya təhvil verilib.
Kolumbiya dövlətinin verdiyi açıqlamada bildirilib ki, bu axtarışlar bölgənin yenidən formalaşdırılması və yeni qətliamların baş tutmaması üçün görülən işlər çərçivəsində olunub. Rəsmi açıqlamada bildirilib ki, bölgənin yenidən Kolumbiya cəmiyyətinə inteqrasiya ediləcəyinə inanılır.
//Nəzər.Media
