Google Finlandiyada süni intellekt infrastrukturu üçün ən azı 13 milyard avro sərmayə qoyacaq. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, sərmayə 2027 və 2028-ci illərdə həyata keçiriləcək.
Layihə çərçivəsində məlumat mərkəzləri və enerji infrastrukturu qurulacaq. Şirkət təmiz enerji və batareya layihələrinə də vəsait ayıracaq. Bu, “Google”un Avropada bir dəfəyə edəcəyi ən böyük sərmayə olacaq.
//Nəzər.Media
