
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətində keçirilən brifinqdə bildirilib.
İstintaqla müəyyən edilib ki, Quduşauri 2022-ci ildə təcili tibbi yardım maşınlarının alınması üzrə tenderi qanunsuz olaraq ləğv edib. 2023-cü ildə onun göstərişi ilə yeni tender elan edilib, şərtlər konkret şirkət üçün uyğunlaşdırılıb və bu səbəbdən digər şirkətlər tenderə qatıla bilməyib.
//milli.az
