• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Həftə ərzində az yatırsınızsa, bunu edin

02 Sentyabr, 26 / 19:57
A A
Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər.

Koreya Universitetinin alimləri 7 il ərzində təxminən 41 min nəfərin məlumatlarını araşdırıblar. Tədqiqatın nəticələri Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.

Araşdırma nəticəsində həftəsonu əlavə yatmağın hipertoniya ehtimalının azalması ilə əlaqəli olduğu müəyyən edilib. Xüsusilə həftəsonu təxminən 2 saat əlavə yuxunun yüksək qan təzyiqi riskinin azalması ilə əlaqələndirildiyi bildirilib.

Fiziki cəhətdən hərəkətsiz iştirakçılarda isə daha nəzərəçarpan nəticə əldə olunub. Bu qrupda hipertoniya riski 6,9 faiz daha aşağı olub.

Alimlər müəyyən ediblər ki, əlavə 1 saat 27 dəqiqə yuxu yüksək qan təzyiqi ehtimalının 9 faiz azalması ilə əlaqəlidir. Lakin həftəsonu əlavə yuxunun 4 saatdan çox olması əksinə, hipertoniya riskinin artması ilə əlaqələndirilib.

Tədqiqat müəlliflərindən doktor Nawton Lee bildirib ki, yuxu çatışmazlığı orqanizmə əlavə stress yaradır, ürək və damarların daha çox işləməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, həftəsonu bir qədər çox yatmaq orqanizmə bərpa olunmaq imkanı verə bilər.

Mütəxəssislər bununla yanaşı, fiziki aktivliyin də yüksək təzyiqin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

“British Journal of Sports Medicine” jurnalında dərc olunan başqa bir araşdırmada yüksək intensivlikli interval məşqləri, qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik fəaliyyətlərin qan təzyiqinin aşağı salınmasına kömək etdiyi müəyyən edilib.

//milli.az

Previous Post

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım - VİDEO

Next Post

Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.