UEFA Avropa Konfrans Liqasının II təsfinat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Hayduk”-“Zirə” oyunu başa çatdı. Bu oyunda 2:1 məğlub olan “Zirə” ümumi hesabda 3:2 məğlub olaraq avrokuboklarla vidalaşdı.
xxxxx
“Hayduk”-“Zirə” oyunun ilk 15 dəqiqəsi arxada qaldı. Əlavə olunmuş ilk 15 dəqiqədə “Zirə” 2:1 ümumi hesabda isə 3:2 geridədir-“Hayduk”-“Zirə”-2:1(3:2)
xxxx
Oyunun 95-ci dəqiqəsində Yassin Benhaur “Hayduk”un ikinci topuna imza ataraq həm bu oyunda həm də ümumi hesabda komandamızı hesabda önə keçirdi-“Hayduk”-“Zirə”-2:1(3:2)
xxxx
Oyunun 90+3-cü dəqiqəsində İsa Cibrilla “Zirə”nin bərabərlik topuna imza ataraq həm bu oyunda həm də ümumi hesabda bərabərliyi bərpa edəcək-“Hayduk”-“Zirə”-1:1(2:2)
xxxx
“Zirə” azlıqda qaldı. Oyunun 77-ci dəqiqəsində “Zirə”nin heyətində Quima ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-“Hayduk”-“Zirə”-1:0(2:1)
xxxx
“Hayduk”-“Zirə” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra təmsilçimiz bu oyunda 1:0 ümumi hesabda 2:1 geridədir-“Hayduk”-“Zirə”-1:0(2:1)
xxxx
Bu gün təmsilçilərimiz UEFA Avropa Konfrans Liqasında mübarizəyə start verib. Təmsilçilərimizdən “Zirə” səfərdə “Polyud” stadionunda Xorvatiyanın “Hayduk” komandasının qonağıdır. İlk oyunda Bakıda qələbə qazana bilməyən “mavi qartallar” səfərdə çətin mübarizəyə qoşulub. Bakıda məğlub olmayan Xorvatiya təmsilçisi doğma publika önündə bu nəticəni qorumağa çalışır. Görüşü İtaliyadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Lusa Pairittodur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Cuzeppe Perroti və Xalid Bahri kömək edir. Oyunda dördüncü funksiyasını Paride Tremolada yerinə yetirir. Artıq oyunun 19-cu dəqiqəsində “Hayduk” Filip Krovinoviçin qolu ilə hesabı açaraq komandasını ümuumi hesabda irəli çıxartdı-“Hayduk”-“Zirə”-1:0(2:1)
Qeyd edək ki, təmsilçimiz Avrokuboklara II təsnifat mərhələsindən qoşulub.
“Zirə” ilk olaraq İyulun 23-də II təsfinat mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi Arena”da Xorvatiyanın “Hayduk” komandasını qəbul edib. Premyer Liqanın gümüş medalçısı oyunun 31-ci dəqiqəsində Brahim Konatenin qolu ilə hesabı açıb-“Zirə”-Hayduk”-1:0. İlk hissə “mavi qartallar”ın 1:0 üstünülüyü ilə başa çatıb. Oyunun 68-ci dəqiqəsində Antoni Kalik Xorvatiya təmsilçisinin bərabərlik topuna imza atıb-“Zirə”-“Hayduk”-1:1. Bu oyunda vurulan son qol olub-“Zirə”-Hayduk”-1:1.
